Lyudmila NAUMOVA: Son
10 ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanası ilə səmərəli əməkdaşlıq
etmişik
"Son
10 ildə Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Prezident Kitabxanası ilə səmərəli
əməkdaşlıq etmişik".
AzərTAc
xəbər verir ki, bu sözləri Prezident
Kitabxanasının yaradılmasının 10 illiyinə həsr
olunmuş beynəlxalq konfransda Belarus Respublikası Prezidenti
Kitabxanası direktorunun müavini Lyudmila Naumova demişdir.
Qonaq
bildirmişdir ki, mən ilk dəfə Azərbaycanda 5 il bundan
əvvəl olmuşam. Beş il ərzində həm
respublikanız, həm də kitabxananız həddən
artıq dəyişmiş və gözəlləşmişdir.
Ümumiyyətlə,
Azərbaycanda Prezident Kitabxanasının gördüyü
işlər, həyata keçirdiyi yeni layihələr
çox təqdirəlayiqdir. Belarus Respublikası Prezidenti
Kitabxanasından dahi şəxsiyyət, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev ilə
bağlı sənədləri Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsinin Prezident
Kitabxanasına göndərmişik. İnanırıq ki, bu sənədlər
dünya şöhrətli siyasətçi və dövlət
xadimi Heydər Əliyevin həmişəyaşar irsinin
öyrənilməsində və təbliğində azərbaycanlı
həmkarlarımıza böyük kömək göstərəcəkdir.
Azərbaycan.-2013.- 29 iyun.- S.8.